YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Əliyev: Gələcəkdə İran, İraq və İsrail öz təbii qazını Azərbaycanın infrastrukturu ilə Avropaya nəql edə bilər

Gələcəkdə İran, İraq və İsrail öz təbii qazını Azərbaycanın infrastrukturu ilə Avropaya nəql edə bilər.

Bu fikirləri Bakıda keçirilən 22-ci “Xəzər Neft və Qaz” konfransındakı çıxışında Azərbaycanın energetika naziri Natiq Əliyev səsləndirib. Nazir qeyd edib ki, İran Trans Anadolu qaz boru kəmərinə - TANAP qoşula və öz qazını Avropa bazarına çıxara bilər.

İraq da Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir və bu ölkə gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaq niyyətindədir.

“Biz İsraillə də danışıqlar aparmışıq. Bu ölkə gələcəkdə Türkiyə ərazisindən keçən Azərbaycan infrastrukturundan istifadə etməklə öz qazlarını Avropaya nəql etmək istəyirlər”, - deyə N.Əliyev bildirib.