YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda investisiya mühiti çox müsbətdir

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri      

Prezident İlham Əliyevin Davosa səfəri çərçivəsində Çinin CGTN televiziya kanalına müsahibəsində toxunduğu nüanslardan biri də Azərbaycanda investisiya mühiti olub. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur:  Biz bilirik ki,Qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Bu da təbiidir və biz bunu anlayırıq. Amma indi bizim şaxələnmə barədə düşünmək  hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpa olunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir.

Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Ələt qəsəbəsindəki azad iqtisadi zonanın açılması sonuncu mərhələsindədir: Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Biz, sadəcə, müvafiq şəkildə siyasətimizi planlaşdıraraq strukturlaşdırmalıyıq və xarici investorlar üçün hətta bundan da yaxşı şərait yaratmalıyıq.Bir  sözlə, yaxın gələcəkdə ölkəyə investisiya cəlbinin potensial istiqamətlərindən biri də Ələt azad iqtisadi zonasıdır. Ümumiyyətlə isə qeyri neft-qaz sektoru, nəqliyyat infrastrukturu, bərpaolunan enerji Azərbaycanda sərmayələr üçün açıq olan başlıca sahələrdir. Bunun üçün ölkə başçısı səviyyəsində dünyanın ən mötəbər tribunalarından Azərbaycanda  investisiya mühitinin əlverişli olması mesajı verilir. Prezident İlham Əliyev bir neçə gün əvvəl təsadüf deyil ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında bildirib ki, Azərbaycanın bərpaolunan enerji ilə bağlı proqramı tamamilə fərqli gündəliyə malikdir. Azərbaycanda bərpaolunan enerji mənbələrini enerji təhlükəsizliyinin təmin olunması üçün inkişaf etdirmir. Ölkənin bu sahədə nəhəng potensialı var və onun sayəsində ixracın şaxələndirilməsi hədəflənib.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində vurğuladı ki, Azərbaycanın açıq dənizə çıxışının olmamasına baxmayaraq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib: Bizim infrastrukturumuz - dəmir yolları, hava limanları, Ələt Beynəlxalq Dəniz Limanı və digər nəqliyyat infrastrukturu, Xəzərdə ən böyük donanma və eyni zamanda, bizim donanmamız Qara dənizdə də işləyir. Mənim göstərişimlə bizim Qara dənizdəki donanmamızda gəmilərin sayı artırılacaq.

DİGƏR Xəbərlər Arxiv