YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə heç bir reallığı əks etdirmir

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilmiş saxtakarlıqlarla dolu qətnamə, reallığı əks etdirmir və qətnamənin heç bir hüquqi əsası yoxdur. Anti-Azərbaycan mövqeyinin əks olunduğu qətnamədə beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulmuşdur.

"Qətnamənin" lehinə səs verən Avropa Parlamentinin deputatları bilməlidir ki,  qətnamənin qəbulu regionda sülhə ciddi zərbə vura bilər. Eyni zamanda bu cür qətnamələr Avropa İttifaqının nüfuzuna və Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərə xələl gətirə bilər. Qeyri-obyektiv qətnamənin qəbulu Avropa Parlamentində bəzi deputatların erməni lobbisinin maraqlarına xidmət etdiyinin göstəricisidir.

Sənəddə əks olunan iddialar təmamilə əsassız və yalandır. Prezident İlham Əliyev regionda sülhün və inkişafın təmin olunması istiqamətində yorulmadan çalışır və bu istiqamətdə böyük təşəbbüslər irəli sürür. İrəli sürülən bütün bu təşəbbüslər dünya dövlətləri və bütün beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir, dəstəklənir. Yaxşı olardı ki, Avropa Parlamenti Azərbaycan əleyhinə qərəzli və saxtakar qətnamə qəbul etmək və erməni lobbisinin maraqlarına xidmət etmək əvəzinə reallığı görməyi bacarsın.

Ümumilikdə birmənalı şəkildə qeyd etmək lazımdı ki, Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə  erməni lobbisinin siyasi oyunbazlığının və Avropa İttifaqının bəzi deputatlarının səmərəsiz fəaliyyətinin məhsuludur.