YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Ölkəmiz milli maraqlarımızın tələb etdiyi yol ilə gedir və bu prosesdə bizə heç kim mane ola bilməz

«Təəssüflər olsun ki, bəzi beynəlxalq qeyri-hökumət təşkilatları heç bir halda Azərbaycanda sağlam QHT-lərlə əməkdaşlıq etmək istəmirlər. Onlar  hesabatlarını hazırlayarkən müxtəlif mənbələrin məlumatlarından istifadə etmirlər. Həmin beynəlxalq QHT-lər üçün bəlli bir çərçivə var. Bu da onaların qeyri-obyektivliyindən, qərəzliliyindən qaynaqlanır». Bu fikirləri yap.org.az saytına Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, bu qurumlar öz hesabatlarında qərəz və təzyiq kimi istifadə etməkdən əl çəkməlidirlər. Onun sözlərinə görə, bir sıra ölkələr həmin hesabatlara istinad edib Azərbaycan haqqında mənfi rəy yaratmağa çalışırlar.

«Bu cür təşkilatlar o vaxt ölkəmizdə müsbət qarşılanacaqlar ki, həqiqəti ifadə etsinlər. Təəssüflər olsun ki, bununla bağlı ciddi problemlər yaşanır. Hətta mən bir neçə il əvvəl Almaniyanın Berlin şəhərində «Sərhədsiz insan hüquqları» təşkilatında bu məsələni qaldırdım, onlara əməkdaşlıq təklif etdim. İlk baxışdan təşkilat rəhbərliyi  əməkdaşlığa razılıq verdilər, hətta  “Human Rights Watch” və «Freedom House» təşkilatları ilə də  bu məsələni müzakirə  edəcəklərini dedilər. Amma sonradan bundan imtina etdilər. Yəqin ki, bu addımı siyasi sifariş nəticəsində atdılar. Hesab edirəm ki, bu təşkilatlar özləri haqqında tənqidlərə ciddi yanaşmalıdırlar. Amma Azərbaycana bu formada təzyiq etmək mümkün deyil. Ölkəmiz milli maraqlarımızın tələb etdiyi yol ilə gedir və bu prosesdə bizə heç kim mane ola bilməz»- deyə, A.Quliyev qeyd edib.