YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“SOCAR Turkey Enerji A.Ş.” 2018-ci ildə Türkiyənin ikinci böyük şirkəti olacaq

2018-ci il “SOCAR Turkey Enerji A.Ş.” üçün olduqca əhəmiyyətlidir, çünki həmin il Trans-Anadolu qaz boru kəməri – TANAP, “Star” neft emalı zavodu və Petkim yarımadasında yeni elektrik stansiyası kompleksi istifadəyə veriləcək. Bununla da, “SOCAR Turkey Enerji A.Ş.” 2018-ci ildə Türkiyənin ikinci böyük şirkəti olacaq.

AZƏRTAC-a eksklüziv müsahibəsində “SOCAR Turkey Enerji A.Ş.”-nin rəhbəri Kənan Yavuz bildirib ki, TANAP üzrə tikinti işlərinə artıq başlanılıb və şirkətlər kəmərin inşası üçün səfərbər olublar. 2018-ci ildən etibarən isə TANAP-dan qaz nəqli həyata keçiriləcək.

“TANAP-a olduqca böyük maraq var ki, bu da layihənin əhəmiyyətini göstərir”, - deyə K.Yavuz qeyd edib.

Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. İlkin mərhələdə kəmərlə ildə 16 milyard kubmetr qaz nəql olunacaq.