YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh aksiyası

Küveyt və Ərəb Elektron Media Birliklərinin İdarə Heyətinin sədri Feysəl Xəlifə Əl-Səvvağın “Dasman news” xəbər portalında azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası haqqında məqaləsi dərc edilib.

Məqalədə Ermənistan silahlı qüvvələrinin hələ də Azərbaycan ərazilərini tərk etmədiyi vurğulanıb. Müəllif yazıb: “Ermənistan 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarına əməl etmir. Bu sənədə zidd olaraq, erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb. Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törədilir. Bütün bunlarla yanaşı, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı davam edir. Bu hallara etiraz əlaməti olaraq, dekabrın 12-dən ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunub. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilməlidir”.

Məqalədə qeyd olunub ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır. Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir. Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Bir daha aydın olur ki, bu, bir sülh aksiyasıdır. Ermənistan isə hər zaman olduğu kimi, aksiya ilə bağlı dünyaya dezinformasiya yayır.

Müəllif sonda vurğulayıb: “Ermənistan xarici işlər nazirinin Moskvada rusiyalı və azərbaycanlı həmkarları ilə növbəti müzakirələrdən imtina etməsi 10 noyabr Bəyanatının müddəalarına ziddir. Bu, Ermənistan tərəfindən regional sülhün və təhlükəsizliyin bərqərar olunması baxımından atılmış çox yanlış bir addımdır. Ermənistanın əksinə olaraq, qalib ölkə olan Azərbaycan regionda dayanıqlı sülhün və əməkdaşlığın bərpa olunmasına çalışır”.