YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Baş naziri Artur Rasizadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib

Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclasında Azərbaycanın Baş naziri Artur Rasizadə növbəti müddətə ARDNF-in Müşahidə Şurasının sədri seçilib.

ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Azərbaycanın Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadə sədrliyi ilə keçirilən növbəti iclasda Fondun 2014-cü ildə maliyyə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri və ARDNF-in ötən ilki büdcəsinin icrası məsələlərinə baxılıb.

Müşahidə Şurası Dövlət Neft Fondunun İcraçı direktorunun təqdim etdiyi Fondun 2014-cü ildəki fəaliyyəti haqqında illik hesabatına, Fondun ötən ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatına baxaraq onları məqbul hesab edib və ARDNF-in 2014-cü il büdcəsinin icrası layihəsini təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərar qəbul edilib.

İclasda Azərbaycanın Baş naziri Artur Rasizadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.