YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müharibə bitsə də, mübarizə davam edir

Elçin İsmayılov

YAP Goranboy rayon təşkilatının sədri

2023-cü il 10 yanvar tarixində Prezident İlham Əliyev jurnalistlərlə görüşü zamanı son illərdə ölkə qarşısında duran mühüm vəzifənin Qarabağ savaşında qazandığımız şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək olduğunu bildirib. Çünki bu qələbə hərb yolu ilə yanaşı siyasi müstəvidə, dünya ictimaiyyəti tərəfindən də qəbul edilməlidir. Artıq bu sahədə mühüm işlər görülüb və müharibənin nəticələri dünya ictimaiyyəti tərəfindən tanınıb.

Ölkə başçısı Azərbaycanın dünyada hərbi gücünə və şanlı Qələbəyə görə etibarlı, ciddi tərəfdaş kimi qəbul olunduğunu, Azərbaycanın həmin Qələbəni necə, hansı risklərə gedərək, hansı qüvvələrlə mübarizə apararaq və bu gün də mübarizəni davam etdirməsinin dünyanın siyasi elitasının diqqətində olduğunu “yəni, müharibə bitsə də, mübarizə hələ davam edir” deyərək bildirib.

Ermənilərin sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün təxribatlara əl atdıqları son iki ilin reallıqları sırasındadır.  Öncə 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Azərbaycan Ordusunun hər gün qazandığı qələbələrin yaratdığı qısqanclıq hissinin nələrə yol açdığını yada salaq. Ermənistan hakimiyyətinin tapşırıqlarına uyğun olaraq erməni silahlı qüvvələri iki dəfə Gəncəni, sonra Bərdə və Tərtəri raket atəşinə tutdular. Törədilən hərbi təxribatlar dünyanın gözü qarşısında baş versə də, yenə də susmaq yeganə çıxış yolu kimi qəbul edildi. 30 ilə yaxın dövrdə ədaləti, beynəlxalq hüququ bir kənara qoyub Ermənistana dəstək göstərən dövlətlərdən belə yanaşmalar gözlənilən idi.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində “Qarabağ Azərbaycandır!” tezisini öndə saxlayaraq bunu tarixi Zəfəri ilə təsdiqlədi. Baxmayaraq ki, həmin dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyanatları sırasında “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi xüsusi yer almışdı. Azərbaycan dövləti daim bu sualla dünyaya müraciət edirdi ki, işğalçı adı ilə çağrılmadığı təqdirdə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək nə qədər real görünə bilər?  Real olan bu idi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllini, Ermənistan isə “status-kvo”nu saxlamaq, əbədi etmək istəyirdi.  Düşünürdülər ki, əgər 26-27 il ərzində buna nail olublarsa, deməli, bundan sonra da nail olacaqlar. Hesab edirdilər ki, onların havadarları daim onları müdafiə edəcək, onların arxasında dayanacaq, onların əvəzinə müharibə aparacaqlar. Dövlət başçısı İlham Əliyevin çıxışlarında   qeyd etdiyi kimi, ermənilər ümumiyyətlə, hesab edirlər ki, bütün dünya bunlara borcludur: “Onlar bu ziyanlı və xəstə təfəkkürlə öz ölkəsini idarə etmək istəyirlər ki, kimsə gəlməlidir, bunlara mütləq kömək göstərməlidir. Bəs, siz özünüz nəyə qadirsiniz? Əgər hər zaman kiminsə ətəyindən yapışıb hansısa imtiyaz umursunuzsa, bəs, özünüz nəyə qadirsiniz? Bax, bu təfəkkür onların cəmiyyətini də demək olar ki, yanlış istiqamətə aparıb”.

Prezident İlham Əliyev jurnalistlərlə müsahibəsində Qərbi Azərbaycan məsələsinə də toxunaraq dekabr ayının 24-də Qərbi Azərbaycan İcması ilə baş tutmuş görüşü xatırlatdı. Uzun illər davam etmiş Qarabağ problemi həllini tapdıqdan sonra hazırkı vaxtda Qərbi azərbaycanlıların hüquqlarının qorunması məsələnin beynəlxalq arenaya çıxarmağın vaxtı olduğunu bildirmişdir. “Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır”. Prezident Azərbaycanın bu hüququ təmin etmək üçün dövlət olaraq əlindən gələni edəcəyini və buna sülh yolu ilə nail olacağını bildirdi.

DİGƏR Xəbərlər Arxiv