YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi ədalət öz yerini tapdı

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov Başlıbel sakinləri ilə görüş keçirib.

Kəlbəcər RİH-in inzibati binasında baş tutan görüşdə Başlıbel kənd sakinləri, ağsaqqalları, ziyalılar iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd olunub ki, Başlıbel faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzü çərçivəsində Ermənistan tərəfindən törədilən çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdən biridir.

Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, tarixi ədalət öz yerini tapdı. Vətən müharibəsindən sonra erməni vandalizmindən dağlara, kahalara sığınan və   amansız hücum zamanı şəhid olan Başlıbel sakinlərinin nəşləri müəyyən edilərək orada da dəfn edilib. Bu gün başlıbellilər öz doğma kəndlərinə gedərək, orada şəhid olan əzizlərini ziyarət edirlər.

Başlıbel ziyalıları, ağsaqqalları və sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Görüşdə kənd sakinlərinin Başlıbelin, ümumilikdə Kəlbəcərin gələcək inkişafı ilə bağlı təklifləri dinlənilib.