YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin doğum günündə xatirəsi anılıb

Suraxanı rayonunda Vətən müharibəsi şəhidi Yusubov Elzar Süleyman oğlunun doğum günündə əziz xatirəsi yad olunub.

Hövsan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət edilib, önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Sonra şəhidin məzun olduğu 76 nömrəli tam orta məktəbdə anım tədbiri keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Könül Axundova, Fuad Cəbrayılov, ictimaiyyət nümayəndələri, şəhidin doğmaları, şəhid ailələri, qazilər iştirak ediblər.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti, Azərbaycan Ordusunun qələbə əzmi və yüksək peşəkarlığı sayəsində torpaqlarımız düşmən işğalından azad edildi. Vətənin azadlığı uğrunda canını fəda edən igid oğullarımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Sonra şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.