YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı dünyada ən nümunəvi ölkələr sırasına yüksəldib”

“Azərbaycan Prezidenti hər zaman öz humanistliyi‚  nəcibliyi‚ yüksək dünyagörüşü və dərin intellekti‚ parlaq zəkası və güclü diplomatik bacarığı ilə bütün dünyada özünəməxsus yer tutmuş bir prezidentdir və bütün dünyada yüksək nüfuza və dərin hörmətə malik‚ sayılıb seçilən dövlət başçılarındandır. Azərbaycanın Avropa və Qərb ölkələri ilə ortaq enerji layihələrinin reallaşması və Azərbaycan iqtisadiyyatının yüksələn xətlə‚ sürətlə inkişaf etməsi Prezident İlham Əliyevin zəngin diplomatiyasının‚ parlaq daxili və xarici siyasətinin nəticəsidir. Prezident İlham Əliyev güclü diplomat‚ praqmatik siyasətçi olmaqla bərabər güclü iqtisadçıdır. Bölgənin bütün nəhəng iqtisadi və enerji layihələrinin müəllifi və təşəbbüskarı məhz cənab İlham Əliyevdir. Qafqazda və Türk dünyasında heç bir layihə Azərbaycansız və İlham Əliyevsiz reallaşa bilməz. Cənab İlham Əliyev nəinki öz ölkəsinin və xalqının‚ hətta bütün bölgənin təhlükəsizliyi və əmin-amanlığı üçün əzmlə çalışmaqda‚ bölgədə və bütün dünyada sülhə əmin-amanlığa öz töhfəsini verməkdədir. Hazırda Prezident İlham Əliyevin apardığı uğurlu siyasət Azərbaycan iqtisadiyyatını daha da dayanıqlı edir və sürətli inkişafı təmin etməklə‚ Azərbaycanın gələcəyi üçün daha da yüksək uğurlar və böyük nailiyyətlər yaradır”. Bu fikirlər İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan Respublikasındakı Qafqaz üzrə Regional Nümayəndəliyinin açıqlamasında yer alıb.  

“Azərbaycan Prezidentinin parlaq siyasəti hərbi sahədə də öz töhfəsini verib. Azərbaycan ordusunun 44 günlük müharibədə işğalçı Ermənistan üzərində qələbə qazanmasında Prezident İlham Əliyevin ordu quruculuğu siyasəti əhəmiyyət kəsb etdi. Bunun nəticəsidir ki‚ 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu Ermənistan ordusu üzərində qələbə qazanmışdır. Hazırda məhz Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda güclü xalq-iqtidar və xalq-dövlət birliyi mövcuddur. Prezident İlham Əliyevə olan ümumxalq sevgisi və rəğbəti bütün Azərbaycan xalqını Azərbaycan dövlətinin və iqtidarının ətrafında sıx birləşdirmişdir. Təkcə Azərbaycan daxilində yox‚ Azərbaycanın hüdudlarından uzaqlarda yaşayan azərbaycanlıların və həmçinin Arazın cənubundakı bütün Güney azərbaycanlıların cəm halda İlham Əliyevə böyük sevgisi vardır. 2020-ci ilin 44 günlük Qarabağ müharibəsində bu‚ açıq-aşkar göründü. Hazırda dünyanın hər yerində Prezident İlham Əliyevə böyük sayğı və ehtiram vardır. Bunun da səbəbi İlham Əliyevin müdrikliyi‚ hümanistliyi‚ yüksək insanpərvərliyi və öz siyasi xəttində ali və insani dəyərləri rəhbər tutmasıdır. Əsası dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan tolerantlıq və multikultural siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdə və bu ali dəyərlər daha da inkişaf etdirilməkdədir. Azərbaycan daxilində yaşayan bütün xalqlar və müxtəlif dini inanclar bir-biri ilə qardaşlıq və doğmalıq şəraitində yaşayır. Məhz İlham Əliyevin tolerantlıq və multikultural siyasəti Azərbaycanı dünyada ən nümunəvi ölkələr sırasına yüksəltmişdir. Hazırda Azərbaycanda yaşayan və Azərbaycandan xaricə və İsrailə köçmüş bütün yəhudilər  hər zaman prezident İlham Əliyevə sonsuz sevgi və rəğbət bəsləyir. İsraildəki‚ Avropa və ABŞ-dakı‚ eləcə də Rusiyadakı azərbaycanlı-yəhudi icması cənab İlham Əliyevə böyük hörmət və ehtiram bəsləyir. Prezident İlham Əliyevin yüksək insanpərvərliyi və nəcib insani keyfiyyətlərə malik olması onu bir lider və bir şəxsiyyət olaraq hər zaman nəinki Azərbaycan daxilində‚ hətta bütün dünyada sevdirir. Yəhudi xalqı da hər zaman cənab İlham Əliyevi özünün ən yaxın dostu hesab edir.

Azərbaycan hal-hazırda dünya birliyində çox önəmli və əhəmiyyətli yerə malikdir. Dünyanın ən önəmli yüksək çəkiyə malik zirvə görüşlərində Azərbaycan Prezidenti xüsusi hömətlə qarşılanır. Bu‚ cənab İlham Əliyevin uğurlu siyasəti və parlaq strategiyaları nəticəsində Azərbaycanın daha da güclənməsi və inkişaf etməsi nəticəsindədir.  Azərbaycanın İsraildə səfirlik açması da prezident İlham Əliyevin tarixə qızıl hərflərlə yazılacaq uğurlu diplomatik addımıdır. Cənab İlham Əliyevin tolerant siyasəti‚ uğurlu strateji addımları nəticəsində yəhudi xalqı ilə Azərbaycan xalqının hələ minillərə dayanan dostluğu və qardaşlığı‚ Azərbaycan və İsrail dövlətinin dostluğu daha da da inkişaf edəcək və daha da möhkəmlənəcəkdir” ,- deyə qeyd edilib.