YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Azərbaycan il ərzində müstəqil, açıq və milli maraqlara söykənən xarici siyasət yürüdüb

Azərbaycan Respublikası 2022-ci il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, açıq və milli maraqlara söykənən xarici siyasət kursunu uğurla həyata keçirib.

Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

“Beynəlxalq münasibətlər sistemində artmış gərginlik və bununla bağlı yaranmış çağırışlar fonunda xarici siyasətimiz beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun olaraq dövlətimizin milli maraqlarının təmin olunmasına, Azərbaycanın ərazi bütövlüyünün möhkəmlənməsinə, o cümlədən milli təhlükəsizlik və sosial inkişaf üçün əlverişli xarici mühitin yaranmasına yönəlmişdir”, - deyə Ceyhun Bayramov vurğulayıb.