YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim olunub

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı tərəfindən partiya sıralarına yeni qoşulan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov yeni üzvləri təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İlqar İlyasov qeyd edib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli uğurlara imza atır, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirir.