YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Argentina arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb

Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü sessiyasında iştirak etmək üçün Xorvatiyada səfərdədir.

Nazirlikdən bildirilib ki, səfər çərçivəsində Əbülfəs Qarayev argentinalı həmkarı ilə görüşüb. Görüşdə Azərbaycan ilə Argentina arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Həmçinin ölkəmizlə Argentina arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb.

Qeyd edək ki, 100-cü sessiya “Turizmdə innovasiya: mövsümiliyə üstün gəlməyin yeni yolları” mövzusunda keçirilib.