YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kaliforniya qubernatorundan Azərbaycan xalqına bayram təbriki

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə xalqımızı və Azərbaycan icmasını təbrik edib.

Qubernatorun Azərbaycanın Los Ancelesdəki Baş konsulluğuna göndərdiyi təbrik məktubunda ölkəmizin zəngin tarixə malik olduğunu və Kaliforniyadakı Azərbaycan icmasının, eləcə də bütün dünyada yaşayan azərbaycanlıların öz mədəniyyətləri ilə fəxr etdikləri bildirilir. Qubernator qeyd edir ki, Respublika Günü Azərbaycan icması üçün böyük önəm daşıyır. O, belə bir günün qeyd olunmasının Kaliforniya mədəniyyətinə və müxtəlifliyinə töhfələr vermiş ənənələrin qorunmasına xidmət etdiyini bildirir və Kaliforniya ştatı adından Azərbaycan xalqını və ştatda yaşayan bütün azərbaycanlıları təbrik edir.

Demokratlar Partiyasını təmsil edən C.Braun 2011-ci ildən Kaliforniyanın qubernatoru vəzifəsini daşıyır. O, bundan əvvəl 1975-1983-cü illərdə də eyni vəzifədə çalışıb.