YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın-Xankəndi yolu: Yüzədək yeni könüllü aksiyaya qatılıb

Azərbaycan ərazilərində faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda təşkil olunan etiraz aksiyası davam edir. Etirazçılar artıq on bir gündür yüksək qətiyyət nümayiş etdirirlər.

Dekabrın 22-də daha 100-dək ekofəal aksiyaya qoşulub. Onlar əvvəlcə aksiyada xoşagəlməz halların baş verməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı məlumatlandırılıb. Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.

Aksiya iştirakçıları bütün lazımi şəraitlə təmin olunublar.

Qeyd edək ki, dekabrın 12-dən başlayan aksiya Rusiya sülhməramlılarının nəzarətində olan Xankəndi-Laçın yolunun bir hissəsində azərbaycanlı ekoaktivistlər və qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən ölkəmizə aid ərazilərdə ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.