YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev siyasəti milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev siyasəti milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirib.

Əvvəlcə rayon təşkilatının əməkdaşları və partiya fəalları rayondakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Sonra tədbir iştirakçıları rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə, videoçarxa baxıblar.

Tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib. E.İsmayılov ölkənin müstəqil, hərtərəfli, dayanıqlı və dinamik inkişafında Heydər Əliyevin çoxşaxəli və misilsiz xidmətlərindən danışıb.

YAP fəalları Fizuli Almuradov, Sənəm Alxasova və digərləri çıxışlarında ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə təhsil və səhiyyə sahəsində aparılan islahatlardan, qazanılan nailiyyətlərdən danışıblar.