YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə şəhidlərin xatirəsi ehtiramla anılır

Gədəbəy rayonunun Çobankənd kəndində şəhid Əlizadə Şamxal Əvəz oğlunun, Novosaratovka kəndində isə şəhid Hüseynov Azər Mahal oğlunun şəhadətlərinin ikinci ildönümündə xatirələri anılıb.

Anım mərasimlərinə Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, təşkilat nümayəndələri, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin əməkdaşları, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev, kənd sakinləri qatılıblar.

Mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, üzərilərinə tər güllər düzüblər.

Çıxışlarda şəhidlərin mənalı ömür və döyüş yollarından danışılıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv