YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərin anım günü Şamaxıda da qeyd olunub

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında ulu öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Mehriban Eyyubova, rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndərin anım gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki, xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət, hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub.

Bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz ümummilli lider Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.

RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Mehriban Eyyubova vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar Ulu Öndərin müəllifi olduğu dinamik inkişaf strategiyasının bəhrəsidir.

Rayon Veteranlar şurasının sədri Ağarza Bayramov, Şamaxı Dövlət Regional Kollecinin direktoru İlham Vəliyev, 14 saylı ərazi partiya təşkilatının sədri Xatirə Məlikova, 50 saylı ərazi partiya təşkilatının sədri Nuranə Məmmədova, 66 saylı ərazi partiya təşkilatının sədri Fatma Rüstəmova, 70 saylı ərazi partiya təşkilatının sədri Sahil Şirinov, 9 saylı ərazi partiya təşkilatının sədri Şahsətdin Mikayılov və 5 saylı ərazi partiya təşkilatının sədr müavini Pərvin Şirəliyeva öz çıxışlarında qeyd ediblər ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.

Sonda Şamaxı rayon Şəhriyar qəsəbə tam orta məktəbin 10-cu sinif şagirdi Gülbahar Sərxanova ulu öndər Heydər Əliyevə həsr olunan şeir səsləndirib.