YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın əzəli və əbədi sahiblərinə qayıtdı

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Laçın şəhəri 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında salınıb və yazıçı Tağı Şahbazi Simurqun təşəbbüsü ilə şəhərə Laçın adı verilib. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.Erməni işğalından əvvəl Laçın rayonunda 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisəsi, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisəsi, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 1 rabitə müəssisəsi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə var idi. İşğal zamanı beten bunlar erməni vandalizminin qurbanı olaraq darmadağın edildi, Ermənistana daşındı və ya yandırıldı.1992-ci il mayın 18-də Laçın işğal dildi və laçınlılar öz Vətənlərində qaçqın durumuna düşərək ölkənin 57 rayonunda və şəhərində məskunlaşmaq məcburiyyətində qaldılar.

İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Təəssüf ki, bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir. Bu gün olmayan erməni abidəlkərinin dağılmasından danışıb haray çəkənlər  isə 28 il ərzində bu barədə bircə kəlmə olsun belə danışmadılar. Azərbaycan Vətən müharibəsinin 44 günü (27 sentyabr-9 noyabr) ərzində 4 rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi, düşməni darmadağın etdi və Ermənistanı dərin böhrana saldı. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyev Laçının işğaldan azad olunması ilə bağlı xalqa müraciətində demişdir: “Artıq Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir. Mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Azərbaycan bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatı yaratdı.İşğalda olan bütün rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz idi”. 21 sentyabr 2022-ci il tarixində Laçın şəhərində Azərbaycan bayrağının ucaldılması da tarixi bir hadisədir və qəlbimizdə qürur hissi doğurur. Beləliklə də Laçın rayonu bütövlükdə öz əzəli və əbədi sahiblərinə qaytarılmış oldu.

XVIII əsr Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi Qara Murtuza bəy; XVII əsrdə yaşamış məşhur Azərbaycan aşığı Sarı Aşıq; Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ general qubernatoru Xosrov bəy Sultanov; Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin(pedaqoji məktəbin) ilk təşkilatçı və müdiri Müseyib İlyasov;Azərbaycan Demokratik Respublikası dövründə təhsil naziri Nurməmməd bəy Adilxan oğlu Şahsuvarov, daşnak Andranikin qulağını kəsərək tayqulaq etmiş və qəghərmanlığı ilə tarixə düşmüş Sulatn bəy kimi tarixi şəxsiyyətlərin vətəni olmuş laçın bu gün özünün yeni həyatını yaşayır. Bölgədə aparılan abadlıq, tikinti və quruculuq işləri tezliklə bu yurdun sahiblərinin qaydışına imkan verəcəkdir.Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və uzaqgörən siyasəti, xalqla ordunun birliyi, millətin azadlıq arzusu, Vətənin müdafiəsi uğrunda şəhidliyi şərəf bilən qəhrəman oğullarımızın istəyi yerinə yetdi: Laçın azadddır və əbədi olaraq öz azadlığına qovuşmuşdur!