YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri                

Artıq Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 2 il ötür. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilib. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edilib.

Erməni vandalları işğal olunmuş digər rayonlarımızda olduğu kimi, Laçın rayonundakı bütün binaları, bağçaları, məktəb və xəstəxanaları dağıdıblar. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.

Azərbaycanda artıq yeni dövr başlayıb. Bu, quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrüdür. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq.

Müzəffər Ali-Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tarixi zəfərə imza atmaqla təkcə işğal altındakı torpaqlarımızı azad etmədi, eyni zamanda regionu, o cümlədən, dünyanı beynəlxalq terror və faşizm təhlükəsindən xilas etdi. Gözümüz önündə rəşadətli ordumuz 44 gündə erməni ordusunun yenilməzliyi haqqında mifi şam kimi əritdi. Ona görə də Postmünaqişə dövrünün reallıqlarını düzgün qiymətləndirməyən Ermənistan atdığı  yanlış addımlardan əl çəkməlidir. Lakin Ermənistan tərəfi bu şansları doğru qiymətləndirmir. Ancaq Şanlı Ordumuzun həyata keçirdiyi “Qisas” əməliyyatı göstərdi ki, Azərbaycan Ermənistanın istənilən təxribatlarına layiqli cavab verəcək və 44 günlük müharibənin nəticələrini dəyişməyə çalışan erməniləri cəzalandıracaq.