YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yanğın baş verən bina Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılacaq

Yanğın baş verən bina bu gün və sabah Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılacaq.

Bu sözləri mayın 20-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar jurnalistlərə müsahibəsində bildirib.

H.Abutalıbov deyib ki, əgər Fövqəladə Hallar Nazirliyi binanın dayanıqlılığının yüksək səviyyədə olması, sakinlərin yaşaması üçün təhlükəli olmaması barədə qərar versə tez bir zamanda təmirə başlanacaq. Əgər müəyyən olunsa ki, bina dayanıqlı deyil, onda söküləcək və yerində bundan da yaxşısı inşa ediləcək. Lakin məndə olan məlumata görə, binanın dayanıqlılığı yüksək səviyyədədir.

Şəhər icra hakimiyyətinin başçısı qeyd edib ki, sakinlər yaradılmış komissiyanın üzvləri ilə birgə öz mənzillərinə baxış keçirəcək, dəymiş ziyan barədə prokurorluq və polis işçilərinə izahat verəcəklər. İzahatların verilməsi bu gün axşamadək başa çatdırılmalıdır. Mənzillərdə olan əşyaların hamısının siyahısı bu axşamadək qiymətləndiriləcək.