YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdabda şəhid ailələri diqqət və qayğı ilə əhatə olunub

Zərdab rayonunda rayon rəsmiləri Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.

Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Milli Məclisin deputatı Jalə Əliyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin Zərdab şöbəsinin rəis əvəzi Ramil Əhmədov, idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri şəhid ailələrinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açılıb, şəhidlərimizin şərəfli ömür və döyüş yollarından danışılıb.