YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev müasir, demokratik və hüquqi dövlətin banisidir”

Yevlaxda “12 Noyabr-Konstitusiya Günü” münasibətilə “Heydər Əliyev müasir, demokratik və hüquqi dövlətin banisidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, mədəniyyət işçiləri, qazilər iştirak ediblər.

YAP Yevlax rayon təşkilatının və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Konstitusiya Gününə həsr edilən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.

YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Yevlax Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev, şəhər 10 nömrəli tam orta məktəbin direktoru Xoşbəxt Nəsibova, şəhər 7 nömrəli tam orta məktəbin direktor müavini Nərmin Səmədova, şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Rəşadə Teymurova çıxışlarında Azərbaycanın müstəqil dövlət quruculuğu sahəsindəki uğurlarından söhbət açıblar.