YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfər yolumuz” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər yolumuz” adlı tədbir keçirilib.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Odlar Yurdu Universitetinin prorektorları, professor-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, Vətən müharibəsində qazanılan möhtəşəm qələbə tariximizin ən parlaq səhifəsidir. Qeyd edib ki, bütün dünyaya örnək olan bu böyük Zəfərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, xüsusilə Azərbaycan əsgərinə, döyüşlərdə öz canını fəda edən şəhidlərimizə və qazilərimizə borcluyuq.

Sonra “Zəfər” olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.

Sonda Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələrinin təqdimatında qələbənin ikinci ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.