YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə YAP sıralarına qoşulmaq istəyən gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə partiyanın Gəncə şəhər təşkilatının 8 saylı (Gəncə Tibb Kolleci) ərazi partiya təşkilatında gənclərlə görüş keçirilib.

Görüşdə YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim, ərazi partiya təşkilatının sədri Mehman Rzayev, təşkilatın əməkdaşları, partiyaya üzv olmaq üçün müraciət etmiş gənclər iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov partiyanın yaradılmasının müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biri olduğunu bildirib. Ölkə vətəndaşlarının, xüsusilə gənclərin YAP-a üz tutmasını düşünülmüş və məqsədyönlü addım kimi qiymətləndirən Nurəddin İbrahimov partiya sıralarının ildən-ilə daha da genişləndiyini diqqətə çatdırıb.

Gəncə Tibb Kollecinin direktoru, ərazi partiya təşkilatının sədri Mehman Rzayev partiyanın fəaliyyəti və yaradıldığı vaxtdan ötən müddət ərzində qazandığı uğurlardan ətraflı bəhs edib. Bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin üz tutduğu ən etibarlı ünvan, insanların güvənc yeridir.

Sonra gəncləri maraqlandıran suallar cavablandırılıb. Partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.