YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Abdullayeva: Azərbaycan özünün sürətli inkişafı sayəsində ilk Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb

“Bu gün Azərbaycanda idmanın inkişafı dövlətin əsas diqqət ayırdığı istiqamətlərdən biridir. Ölkəmizdə gənclərin inkişafına həsr olunan Dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarifləndirmə işinin aparılması, onların idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır. Beynəlxalq təcrübədən bəllidir ki, müəyyən bir sektorun inkişafı o sahənin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması və intellektual, yenilikçi kadr potensialının yetişdirilməsindən asılıdır. Azərbaycanda da Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi respublikamızda idmanın inkişafını təmin edib”. Bu fikirləri Milli Məclisin deputatı Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Onun sözlərinə görə, ölkəmizin ilk Avropa Oyunları kimi möhtəşəm idman yarışına ev sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Şübhəsiz, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin çox böyük tarixi uğurudur. 
“Hazırda isə Azərbaycan ilk Avropa Oyunlarına ciddi şəkildə hazırlaşmaqdadır. Ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər demək olar ki, başa çatıb. Artıq bu istiqamətdə bir sıra idman obyektləri tikilib istifadəyə verilib. Göründüyü kimi, Azərbaycan özünün sürətli inkişafı sayəsində ilk Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb. Bu, Azərbaycanın iqtisadi inkişafının, siyasi sabitliyinin, təhlükəsiz dövlət olmasının, dünyanın aparıcı idman ölkələrindən birinə çevrilməsinin məntiqi nəticəsi, həmçinin, sadalanan uğurların beynəlxalq ictimaiyyət tərəfindən etirafıdır. Əminliklə qeyd edə bilərik ki, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağının, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyinin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılıb”, - deyə millət vəkili qeyd edib.