YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətənin qəhrəman övladlarının xatirəsi ehtiramla anılır

Ağstafada Vətən müharibəsi şəhidi İsmayılov Bahələddin Temraz oğlunun şəhadətinin ildönümü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, şəhid ailələri, hərbçilər, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri Muğanlı kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidləri İsmayılov Rəhman Mehdi oğlunun və Bağırov Aqil Fazil oğlunun məzarları da ziyarət olunub, üzərilərinə gül dəstələri düzülüb, əziz xatirələri yad edilib.

Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda və şəhidlərə həsr olunmuş şeirlər dinlənilib.

Daha sonra tədbir iştirakçıları Bahələddin İsmayılovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüznlə başsağlığı veriblər.

Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Bahələddin İsmayılov 2020-ci il oktyabr ayının 31-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.