YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı-2015” birinci Avropa Oyunlarını təbliğ edən avtobus Vyanada maraqla qarşılanıb

“Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin Avropa bürosunun təşkilatçılığı, tələbə gənclər təşkilatları və Azərbaycanın diplomatik korpusunun dəstəyi ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təbliği üçün Avropa ölkələrinə səyahət edən avtobusun növbəti dayanacağı Avstriyanın paytaxtı Vyana şəhəri olub.

Şəhərin mərkəzində əhalinin sıx hərəkət etdiyi yerdə dayanan avtobus sakinlərin diqqətini cəlb edib, onlara ilk Avropa Oyunları barədə məlumat verilib.

Azərbaycanı builki “Eurovision” mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov da təbliğat turuna çıxan yaradıcı heyəti salamlayanlar arasında olub.

“Qürur duyuram ki, birinci Avropa Oyunları Azərbaycanda keçiriləcək”, - deyən Elnur Hüseynov ona tez-tez qarşıdan gələn Avropa Oyunları ilə bağlı suallar verildiyini, yarışları seyr etmək arzusunda olanların Azərbaycanda daha nələri görə biləcəkləri ilə maraqlandıqlarını bildirib.

“Eurovision-2015” mahnı müsabiqəsində iştirak edən Azərbaycan nümayəndə heyəti də tədbir iştirakçılarını “Bakı-2015“ ilə bağlı məlumatlandırır və bu Oyunları seyr edəcək hər qonağın Azərbaycandan ən xoş təəssüratlarla ayrılacağını, ölkəmizdə olmaqdan böyük zövq alacaqlarını qeyd edirlər.

İlk Avropa Oyunlarının tanıtım turuna çıxan avtobus öz səyahət marşrutuna uyğun olaraq təbliğat kampaniyasını digər Avropa ölkələrində də davam etdirəcək.

 

DİGƏR Xəbərlər Arxiv