Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Norveçin Kralı Əlahəzrət V Haralda təbrik məktubu ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Norveçin Kralı Əlahəzrət V Haralda Norveç Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə təbrik məktubu ünvanladı.
Təbrikdə deyilir: “Norveç Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Norveç xalqına daim sülh və firavanlıq arzulayıram.”