Gündəm
Mehriban Əliyeva: Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun təbliğinə çox böyük töhfə verir
“Sivilizasiyalar və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələrinin həmişə sülh, əmin-amanlıq, tolerantlıq şəraitində birgə yaşadığı məkanı olub. Bu münasibətlər qarşılıqlı hörmət və anlaşmaya əsaslanır. Əsrlər boyu burada çoxmillətli cəmiyyət formalaşıb və bu gün biz tolerantlığın belə bir dəyərli ənənəsinə malik olmağımızdan qürur hissi duyuruq”. Bu fikirləri Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda “Sülh ağacı” abidəsinin açılış mərasimində çıxışı zamanı səsləndirib.
Mehriban Əliyeva qeyd etmişdir ki, müasir Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun təbliğinə çox böyük töhfə verir. Bu əhəmiyyətli prosesi təmin etmək məqsədilə ölkəmiz bir çox addımların təşəbbüskarı olub.