YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədliyyə kapitanı şəhid Ruhin Xəlilovun xatirəsi anılıb

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn ədliyyə kapitanı Xəlilov Ruhin Müzəffər oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə İkinci Fəxri xiyabanda anım tədbiri baş tutub.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib, Dövlət Himni səsləndirilib.

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Ədliyyə nazirinin müavini Eldar Nuriyev, Cəbrayıl RİH-in məsul əməkdaşları, qazilər, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.