YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaranmış fürsətdən istifadə zərurəti

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Cəbrayıl şəhərində mətbuata birgə bəyanatları və Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi ərəb mediasının diqqət mərkəzində olub.

“CNN Arabia” telekanalı Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı illə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi ilə bağlı reportaj yayımlayıb. Telekanalın xəbərlər proqramında efirə gedən süjetdə diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad olunmuş Zəngilan şəhərində fəaliyyətə başlayan bu hava limanı bu ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur.

Nüfuzlu “Al-Şarq” qəzetində dərc edilmiş xəbərdə isə Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərinə dəstək verməkdə davam edəcəyi barədə fikirləri önə çəkilib. Materialda qeyd olunub ki, Türkiyənin dövlət başçısı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportun tikintisində türk şirkətlərinin də iştirakını iftixar mənbəyi kimi xarakterizə edib.

“Əl Xalic” nəşrində isə Azərbaycan və Türkiyə liderlərinin Cəbrayıl şəhərində keçirdikləri birgə mətbuat konfransında Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsi, Ermənistan hökumətinə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması üçün yaranmış fürsətdən istifadə olunmasının zəruriliyi barədə fikirləri yer alıb. Xəbərdə, həmçinin prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü və Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etmələri barədə məlumatlar da yer alıb.

Misirin “Yeni dünya xəbərləri”, Əlcəzairin “Əl Hərir” portalları, həmçinin SkyNews” və “Əl Cəzirə” telekanallarının saytlarında da Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi və Azərbaycan və Türkiyə dövlət başçılarının birgə mətbuat konfransı haqqında xəbərlər yayımlanıb.