YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Babacan: Azərbaycan G20-yə töhfə verəcək

Azərbaycanın G20 ("Böyük iyirmilik") sammitində iştirak etməsi Türkiyə üçün çox vacibdir. Bunu Trend-ə Türkiyə Baş nazirinin müavini Əli Babacan deyib.

Onun sözlərinə görə, Bakı bu struktura töhfə verəcək: "Azərbaycan Türkiyə üçün xüsusi əhəmiyyətə malikdir, çünki ölkələr arasında ümumi tarixi və mədəni birlik var".

Türkiyənin G20 sammitində sədrliyini şərh edən Ə.Babacan qeyd edib ki, hazırda G20 dünyanın ən vacib iqtisadi və maliyyə platformalarından biridir: "Türkiyə sədrliyi dövründə G20-nin iştirakçı ölkələrinin diqqətini bu struktura daxil olmayan dövlətlərə yönləndirmək niyyətindədir".