YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə vətəndaş qəbulu keçirilib

Milli Məclisin deputatı Naqif Həmzəyev Yeni Azərbaycna Partiyası (YAP) Gəncə şəhər təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.

Vətəndaşlarla fərdi qaydada görüşən Naqif Həmzəyev onların müraciət və təkliflərini dinləyib, problemləri ilə tanış olub.

Görüş zamanı qəbul iştirakçılarını ən çox narahat edən problemlər sırasında gənclərin məşğulluğu, hüquqi və tibbi yardım və s. ilə bağlı məsələlər başlıca yer tutub.

Deputat eyni zamanda bildirib ki, müraciətlər nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə yaradılıb.

DİGƏR Xəbərlər Arxiv