YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərimizin xatirəsi əbədi yaşayacaq!

Ağsuda Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımız İbişov Vüsal Əli oğlu, Nəcəfov Fərid Fərman oğlunun, Zülfüqarov İlkin Nurəddin oğlunun və Süleymanlı Elmir Aqil oğlunun anım mərasimləri keçirilib.

İldönümü tədbirlərində  Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının, Ağsu Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon sakinləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzərək ruhlarına dualar oxuyublar. Tədbirdə çıxış edənlər şəhidlərin keçdikləri şərəfli döyüş və ömür yolundan bəhs ediblər.

Şəhidlərimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Vüsal İbişov 2020-ci il oktyabrın 16-da Talış və Suqovuşan istiqamətində, Fərid Nəcəfov oktyabrın 10-da Goranboy rayonu, Gülüstan kəndi istiqamətində, İlkin Zülfüqarov oktyabrın 8-də Cəbrayıl rayonu istiqamətində, Elmir Süleymanlı isə oktyabrın 20-də Hadrut uğrunda gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıblar.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vüsal İbişov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə”, Fərid Nəcəfov “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü”, Elmir Süleymanlı “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları, İlkin Zülfüqarov isə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv