Xəbərlər
Əli Həsənov: Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı mühüm dövlət tədbirləri keçiriləcək

Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı mühüm dövlət tədbirləri keçiriləcək.
Bu sözləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mayın 15-də jurnalistlərə müsahibəsində deyib.
Əli Həsənov bildirib ki, 140 illik yubileylə bağlı Azərbaycan Prezidenti xüsusi Sərəncam imzalayacaq. Azərbaycan milli mətbuatının 140 illik yubileyinin təşkili və keçirilməsi tədbirləri haqqında həmin Sərəncam artıq hazırlanır. Bundan sonra həmin tədbirlərin reallaşdırılması məqsədilə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri müvafiq Tədbirlər Planını təsdiq edəcək.