YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan strateji münasibətlərdə beynəlxalq çağırışları diqqətdə saxlayır

Emin Bağırov

Mexanika üzrə fəlsəfə doktoru

Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə respublikamızla əməkdaşlıq münasibətləri olan  dövlətlər arasında siyasi, hərbi-texniki, ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində əlaqələrin mövcud vəziyyətinə toxunulub, eyni zamanda, bu istiqamətlərdə gələcəkdə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb. 

Dövlətimizin başçısı adı çəkilən Zirvə Toplantısındakı çıxışında İkinci Qarabağ müharibəsində qazanılmış qələbə nəticəsində iki il əvvəl Azərbaycan torpaqlarının işğaldan azad edildiyini, otuz il çəkən Qarabağ münaqişəsinə son qoyulduğunu, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qəsbkarın ərazilərimizdən qeyd-şərtsiz çıxarılması ilə əlaqədar 4 qətnaməsinin icrasının Azərbaycan tərəfindən reallaşdırıldığını diqqətə çatdırıb.

Ölkə rəhbəri nitqində erməni vandalizminin dəhşətlərinə də toxunub, uzun bir dövr ərzində erməni faşizminin şəhər və kəndlərimizi yer üzündən sildiyini, mədəni və dini abidələrimizi məqsədli şəkildə dağıtdığını, təhqir etdiyini, təbii sərvətlərimizi taladığını vurğulayıb. Azərbaycan Prezidenti daha sonra Ermənistanın bütün bunlarla bərabər, mülki əhaliyə və hərbçilərə qarşı sistemli şəkildə müharibə cinayətləri törətdiyini, Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın vətəndaşımızın itkin düşdüyünü, onların əksəriyyətinin işgəncələrə məruz qaldığını, öldürüldüyünü və kütləvi məzarlıqlarda basdırıldığını bildirib. 

Yeri gəlmişkən, Ermənistanın işğal dövründə ərazilərimizi başdan-başa minalaması da bu ölkənin faşist xislətindən irəli gəlir. Hazırda Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Aparılan hesablamalarda işğalçının ərazilərimizə bir milyondan çox mina basdırdığı göstərilir. 

Xatırladım ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.

Prezident İlham Əliyev çıxışında Böyük Qayıdış proqramının artıq başladığını, minalardan təmizlənmə ilə paralel Azərbaycanın həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri apardığını da diqqətə çatdırıb. 

Dövlətimizin başçısı nitqində, həmçinin ölkəmiz tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri barədə də ətraflı bəhs edib, respublikamızın ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırıb. Ölkə rəhbəri bu məsələ ilə bağlı deyib: “2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir”.

Bu məqamda qeyd edim ki, Vətən müharibəsində Azərbaycanın tatixi qələbəsi regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizinin açılması qarşıya önəmli vəzifə kimi qoyulub. 

Zəngəzur dəhlizinin açılmasına Ermənistan mane olmaq istəsə də, dünyada söz sahibi olan ölkələr tərəfindən buna böyük maraq göstərilir. Çin, Rusiya və Türkiyə bu dəhlizin açılmasında israrlıdır. Üstəlik, Avropa ölkələri də bu dəhlizin gerçəkləşməsini dəstəkləyir.

Dövlətimizin başçısı ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, tranzit-logistikanın da inkişafını hər zaman diqqətdə saxlayıb. Məhz buna görə də son illərdə reallaşdırılan mühüm layihələr nəticəsində Azərbaycan transregional ticarətdə mühüm qovşağa çevrilməsi təmin edilib. Ölkəmiz beynəlxalq aləmdə Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri layihəsinin fəal iştirakçısı kimi tanınıb.