YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Minaların basdırılması yeganə cinayət deyil

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

İkitərəfli əlaqələrin inkişafında, günün aktual məsələrinin müzakirəsində və birgə səylərin göstərilməsini təsdiqləyən sənədlərin imzalanmasında əhəmiyyətli rol oynayan qarşılıqlı səfərlər, eyni zamanda, hər bir ölkənin malik olduğu imkanlara, beynəlxalq aləmdə söz sahibliyinə işıq salır. Bu baxımdan Prezident İlham Əliyevin Çex Respublikasına  səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan ilə dördtərəfli görüşləri, əldə olunmuş nəticələr qalib Azərbaycanın  dünyada böyük nüfuzunun, dövlət başçısı İlham Əliyevin Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində atdığı qətiyyətli addamların təqdimatı oldu.

Dövlət başçısı İlham Əliyevin sözügedən Sammitə dəvət olunması Azərbaycanın Avropa üçün əhəmiyyətinin artdığının göstəricisidir.  Cənab İlham Əliyev Azərbaycan televiziya kanallarına müsahibəsində  bu məqamlara diqqəti yönəldərək bildirdi ki, son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı, eyni zamanda,  qarşılıqlı etimad artıb. O ki qaldı, Azərbaycanın bu tədbirə Avropa tərəfindən dəvət edilməsinə, bunu, əlbəttə, yüksək qiymətləndiririk: “Bu, yeni platformadır, müzakirələr təzə başlayıb. Hələ ki, bu təşəbbüsün gələcəyi ilə bağlı dəqiq bir şey demək mümkün deyil. Amma hər halda, Azərbaycanı həm Avropa İttifaqı tərəfindən, həm də tədbirin ev sahibi – Çexiya tərəfindən bu Avropa ailəsinə dəvət etmələri deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri vardır.”

Prezident İlham Əliyev qeyd olunan müsahibədə Ermənistanın mina terrorunun, törətdiyi təxribatlarının hansı məqsədə xidmət etməsinə də diqqəti yönəltdi. “Bəli, bu məsələ bütün görüşlərdə qaldırılır” söyləyən dövlət başçısı bildirdi ki, Ermənistanın bu addımlarının sülhə zərər vurması haqqında Azərbaycan tərəfi hər dəfə öz sözünü deyir. Dördtərəfli görüşdə də  bu reallıqlar diqqətə çatdırıldı ki,  İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Onu da bildirdim ki, 250-dən çox azərbaycanlı müharibədən sonra ya həlak olub, ya da ki, ağır yaralanıb. Yəni, Azərbaycana qarşı erməni terroru davam edir və buna son qoyulmalıdır. Minaların basdırılması yeganə cinayət deyil. Bu günə qədər erməni silahlı birləşmələri torpağımızdan çıxarılmayıb. Azərbaycan bunu tələb edir.  Artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır!  Dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir: “Qarabağda yaşayan ermənilər, - mən bunu dünən Ağdamda demişəm, - bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır.”

Ümumiyyətlə, Praqa görüşləri həm sülh müqaviləsinin imzalanmasına doğru atılan addım oldu, həm də dünya ictimaiyyəti postmünaqişə dövrünün reallıqları barədə dolğun məlumatlar əldə etmək imkanı qazandı. Bir daha bəyan edildi ki, təxribatlara, mina terroruna son qoyulmalıdır.  Danışıqların yekununda qəbul edilən Bəyanatda əksini tapan müddəalardan da göründüyü kimi, Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını dilə gətirdi. Bir daha təsdiqləndi ki, tarixi Zəfərimizin yaratdığı reallıqları hər kəs qəbul etməlidir. Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməlidir. Yekun Bəyanatda qeyd olunur ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.

Bu günədək Brüsseldə keçirilən görüşlərdə tərəflər hər dəfə sülhə daha da yaxınlaşıb. Praqa görüşləri və yekun sənəd bu yaxınlaşmanı daha da sürətləndirəcək.  

DİGƏR Xəbərlər Arxiv