YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda şəhidlər ziyarət olunub

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisinin deputatı Ülvi Quliyev, Yasamal Rayon Bələdiyyəsinin sədri Tahir Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Ramin Şükürov, şəhidin ailə üzvləri və yaxınları və Yasamal rayon ictimaiyyəti tərəfindən 44 günlük Vətən müharibəsi şəhidləri - gizir İslamov Elvin Elçin oğlunun və gizir Qasımov İsmayıl Sadıq oğlunun məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid İslamov Elvin Elçin oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzuli azad olunmasına görə” medalları, şəhid Qasımov İsmayıl Sadıq oğlu isə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.