YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdam mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Azərbaycanın dilbər guşələrindən olan Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. 

44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaqdır.

Prezident İlham Əliyev açılış mərasimində  çıxış edərək  bildirib ki, Qarabağ regionunun bir zamanlar ən böyük şəhəri olan Ağdam 30 illik erməni işğalı dövründə tamamilə məhv edilib, bütün binalarının daşları tək-tək dağıdılıb, sökülüb, oğurlanıb və satılıb. Ermənilər hətta Ağdam Cümə məscidində mal-qara və donuz saxlayaraq müsəlman aləmini təhqir ediblər. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb.

Ermənilər Ağdamla bərabər, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı bölgələrindəki yaşayış məntəqələrini də tamamilə dağıdılaraq yerlə-yeksan ediblər edib. Hətta ermənilərin işğal dövründə ərazilərimizə 1 milyondan çox mina basdırması Azərbaycana və azərbaycanlılara qarşı aparılan  terror siyasətini bir daha sübut edir. Eyni zamanda Ermənistan dövləti beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozaraq erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti də yürüdüb.

Prezident İlham Əliyev Forumda Minsk qrupunun münaqişə dövründəki fəaliyyətsizliyindən də bəhs edib. Dövlətimizin başçısı ATƏT-dən mandat alan bu qurumun 28 il ərzində heç bir müsbət nəticə əldə etmədiyini, buna görə də Azərbaycan Qarabağ münaqişəsini Vətən müharibəsində parlaq qələbə ilə aradan qaldırdı. Bu gün Azərbaycan özü beynəlxalq hüququ təmin edib, BMT qətnamələrini icra edib, BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək milli ləyaqətimizi bərpa edib.

Azərbaycanda ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşdürülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından unikal və uğurlu platformadır.

Vətən müharibəsində bizim milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idisə, bu gün artıq  bizim milli ideyamız  Qarabağı və Zəngəzuru yenidən qurmaqdır. Artıq,  Prezident  İlham Əliyevin müəllifliyi ilə Qarabağın, Şərqi Zəngəzurun inkişaf, çiçəklənmə dövrü başlayıb. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu yurd yerlərimizə indi yeni nəfəs gəlib. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir və yaxın zamanda Azərbaycan dünyanın ən uğurlu ölkələrdən biri olacaqdır.