YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Azərbaycan beynəlxalq hüquqa sadiqliyini hər zaman nümayiş etdirir

“Ermənilər və onların havadarları iki əsirə yaxın dövr ərzində Azərbaycan xalqına qarşı soyqırım və düşmənçilik siyasəti aparıblar. Bu məkirli siyasət nəticəsində xalqımıza məxsus olan ərazilər işğal olunub, ərazilərimizdə olan toponimlərin adları dəyişdirilib, ərazilərdə infrastruktur, yaşayış məntəqələri məhv edilib, orada yaşayan dinc əhaliyə qarşı amansız soyqırımlar və qətillər törədilib, işgəncələr verilib.” Bunu Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, həmçinin bu ərazilərdə xalqımıza məxsus milli-mədəni irs məhv edilib, təbiətə qarşı da terror törədilib.

“1988-1994-cü illərdə bu siyasət xüsusi qəddarlıqla özünü biruzə verib, 20 faiz torpaqlarımız işğala məruz qalıb, orada yaşayan dinc əhali öldürülüb. Bağanıs Ayrım, Ağdaban kimi qətliamlar erməni faşizminin əsl simasını göstərən faktlardır.

Xocalı soyqırımı isə xüsusi qəddarlığı ilə seçilən bir hərbi cinayətdir. Çox təəssüflər olsun ki, bu siyasət indiyə qədər davam olunur. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar tərəfindən bu hərbi cinayətlərə qarşı hər hansı bir cəza tədbiri görülməyib, bu qətliamlara hüquqi qiymət verilməyib”, - deyə deputat bildirib.

Sevinc Hüseynova bildirib ki, Vətən müharibəsindən sonra əksəriyyəti mülki şəxs olmaqla 250-ə qədər vətəndaşımızın mina qurbanı olması da erməni cinayətlərinin daha bir sübutudur.  

“Bu günlərdə Xocavəndin Ədilli kəndində Ermənistan silahlı qüvvələri tərəfindən əsir düşmüş 25 nəfərin qətlə yetirilməsi və kütləvi basdırılması insanlıq məhfumunu sarsıdan cinayət, cəmiyyətin mənəvi və insanlıq hüququnun kobud şəkildə pozulmasıdır. 30 il ərzində ermənilər tərəfindən Azərbaycan xalqna qarşı törədilən etnik təmizləmələr, müharibə cinayətləti bütövlükdə bəşəriyyətə qarşı yönələn, qüəbulediməz bir davranışdır.

Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın azərbaycanlı girov və hərbi əsir götürülüb. Ermənistan bu günə qədr də onların taleyi barədə məlumar vermir, beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərmişdir”, - deyə deputat bildirib. 

O qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq hüquqa öz sadiqliyini hər zaman nümayiş etdirir, beynəlxalq hüquqdan irəli gələn  öhdəliklərini hər zaman yerinə yetirir.

“Azərbaycan humanism prinsiplərini əsas tutaraq beynəlxalq humanitar qanunun bütün qaydalarına riayət edib. 44 günlük Vətən müharibəsində də Azərbaycan hərbçilərinin mülki erməni əhalisinə qarşı humanist davranışı bunu sübut etdi. 

Ermənistan hərbi cinayətkarları isə mütləq cinayətə cəlb olunmalıdır, hərbi cinayətkarlar mütləq cəzalarını almalıdır”, - deyə deputat əlavə edib.