YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Dövlətimizin yürütdüyü siyasətin əsas məqsədi sosial müdafiənin gücləndirilməsidir

«Dövlətimizin yürütdüyü siyasətin əsas məqsədi sosial müdafiənin gücləndirilməsidir». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, ölkəmizdə uğurlu sığorta-pensiya islahatları həyata keçirilir. Onun sözlərinə görə, növbəti mərhələdə sığorta-pensiya sistemində nəzərdə tutulan islahatlar sosial ədalətin gücləndirilməsi, pensiya təminatı sahəsində yeni institutların formalaşdırılması və digər önəmli dəyişiklikləri özündə əks etdirir.

«Vətəndaşların pensiya təminatı dövlətimizin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Həyata keçirilən islahatların sosial müdafiə sisteminin müasir əsaslarla təkmilləşdirilməsinə xidmət edir. Uğurlu siyasət nəticəsində əldə olunan dinamik iqtisadi inkişaf sosial rifah amilinin güclənməsi, əmək və sosial hüquqların təkmilləşməsi ilə müşahidə olunur»- deyə, komitə sədri vurğulayıb.