YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstan Prezidenti: Bizim üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır

Bolqarıstan Azərbaycanla sıx dostluq, qarşılıqlı hörmət münasibətlərinə malikdir. Bizim ən yüksək səviyyədə siyasi dialoqumuz il ərzində çox fəal olub, münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Bizim üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır.

Bu barədə Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə bildirib.

Azərbaycan Prezidentinin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edən səfərinin böyük rəmzi məna kəsb etdiyini vurğulayan Prezident Rumen Radev deyib: “Bununla yanaşı, digər maraqlı və çox əlamətdar bir hadisəyə şahidlik edəcəyik. Biz Yunanıstan-Bolqarıstan qaz İnterkonnektorunun açılışını edəcəyik. Bu, həm bizim üçün, həm Avropa qitəsi üçün strateji əhəmiyyətə malik bir layihədir. Çünki bununla Avropanın enerji xəritəsini yenidən cızırıq. Biz artıq Azərbaycandan real olaraq təbii qaz alacağıq. Bu da təbii ki, bizim təminatı və təchizatı şaxələndirəcək”.