YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Diplomatlar və diplomatik missiyaların toxunulmazlığı müzakirə predmeti ola bilməz

Diplomatlar və diplomatik missiyaların toxunulmazlığı müzakirə predmeti ola bilməz.

Bunu xarici işlər naziri Ceyhun Bayramov erməni radikalların Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumu ilə bağlı danışarkən söyləyib.

Nazir deyib: “Əfsuslar olsun ki, xarici ölkələrdə revanşist fikirlərlə yaşayan radikal erməni qüvvələr çoxdur. Onlar hər zaman təxribatlara əl atırlar. Bizim diplomatik missiyalarımıza, diplomatlarımıza olan hücumlar tamamilə qəbuledilməzdir və bütün beynəlxalq münasibətlərin təməl prinsiplərinin tapdalanmasıdır. Çünki diplomatlar və diplomatik missiyaların toxunulmazlığı müzakirə predmeti ola bilməz. Hətta fəal müharibə aparan ölkələr arasında da bu qaydalara hər zaman riayət olunub. Kütlə halında 3-5 nəfər diplomata hücum etmək heç bir mənəvi və hüquqi normaya sığmır. Belə hallar baş verəndə biz digər tədbirlərlə yanaşı, öz qəti etirazımızı da bildiririk. Çünki həmin dövlətlər Vyana Konvensiyasına üzvdür və ölkələrində yerləşən bütün diplomatik missiyaların təhlükəsizliyini təmin etmək onların öhdəliyidir. Biz bunu gözləyirik”.

Vandalizmə əl atan radikalların tapılıb cəzalandırılmalı olduğunu qeyd edən C.Bayramov deyib: “Biz bu cür hadisələrlə bağlı müxtəlif ssenarilərin şahidi olmuşuq. Elə ölkələr var ki, onlar özləri belə hadisələr barədə məlumatlı olurlar. Bəzi hallarda isə biz qarşı tərəfi məlumatlandırırıq və nəticədə qabaqlayıcı tədbirlər görülür. Elə vəziyyətlər də var ki, ortada bəlli bir vandallıq aktı olur. Belə hallarda gözləntimiz günahkarların tapılması və cəzalandırılmasıdır. Təxribatların fərqli növləri var. Laçın qanunsuz məskunlaşmış əhali bu yaxınlarda oranı tərk edərkən radikal erməni diasporunun nümayəndələri onlara çağırışlar edirdilər ki, evləri yandırın, kompensasiyanı biz verəcəyik”.