YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərə ehtiram

Quba rayonu Qonaqkənd qəsəbəsindən olan şəhid Məmmədov Cəlil Qəhrəman oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşkilatın əməkdaşları şəhidin ailəsinə baş çəkib, qayğı və problemləri ilə maraqlanıblar.

Görüşdə Cəlilin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib.

Təşkilat sədri dövlətin şəhid ailələrinə və qazilərə həssas münasibətindan söz açaraq qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim müvafiq kateqoriyadan olan ailələrə doğma münasibət bəsləyir, onları narahat edən problemlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Cəlil Məmmədov Vətən müharibəsi zamanı Hadrutun, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 2020-ci il noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Cəlil Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunması görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.