YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbulda “İDEF-2015” beynəlxalq müdafiə sənayesi sərgisi açılıb

Mayın 5-də İstanbulda “İDEF-2015” beynəlxalq müdafiə sənayesi sərgisi açılıb.

Sərginin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Sərgi ilə əlaqədar Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalovun və müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdikləri nümayəndə heyətləri Türkiyədə səfərdədir. “İDEF-2015” sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyənin və bir sıra ölkələrin təmsilçiləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.

Sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 184 adda müdafiə təyinatlı məmulat nümayiş olunur.

Mayın 8-dək davam edəcək sərgiyə dünyanın 46 ölkəsindən şirkət, həmçinin müxtəlif ölkələrin müdafiə və müdafiə sənayesi nazirləri qatılıb.