YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəhrəmanlıq dastanı

Cəlilabadda Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman oğullardan biri olan Zeyniyev Rəşad Ələkbər oğlunun doğum günü ilə əlaqədar anım mərasimi təşkil olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının rəhbərliyi, partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Vətən torpağının azadlığı uğrunda canından keçən Rəşad Zeyniyevin və onun kimi minlərlə igid oğullarımızın xatirəsinin xalqımızın yaddaşında əsrlər boyu qəhrəmanlıq dastanı kimi qalacağını, nəsildən-nəslə keçəcəyini bildiriblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.