YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi hadisədir

“İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi hadisədir. Ölkəmiz bu möhtəşəm tədbiri yüksək səviyyədə keçirməyə hazırdır”. Bu fikirləri Yeni Azərbaycan Partiyası  Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Azərbaycan xalqı tarix boyu bəşər sivilizasiyasına böyük töhfələr verib. Onun sözlərinə görə, bu hadisə də dünyanın, Avropanın tarixində mühüm bir hadisə kimi yadda qalacaq. 
“Bilirsiniz ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi ilk Avropa Oyunları ilə əlaqədar çevik fəaliyyət göstərir. Bunun nəticəsində möhtəşəm idman tədbirinin yüksək səviyyədə keçiriləcəyinə əminik. Eyni zamanda, Avropa ölkələrində birinci Avropa Oyunlarının təqdimatı yüksək səviyyədə keçirilir. Hesab edirəm ki, bu tədbir Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.