YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri Qazaxıstanın müdafiə nazirinin müavini ilə görüşüb

Sentyabrın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov “ADEX 2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Qazaxıstan Respublikasının müdafiə nazirinin müavini general-leytenant Ruslan Şpekbayev ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Bakı Ekspo Mərkəzində keçirilən görüşdə Azərbaycan ilə Qazaxıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin, eləcə də ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi bildirilib və maraq doğuran digər məsələlər müzakirə olunub.